"Ürəyimi kədərləndirir ki, bu an ailəmlə deyiləm" - Azərbaycandakı legioner

28 Mart 2020 20:00 Zirə 745
"Ürəyimi kədərləndirir ki, bu an ailəmlə deyiləm" - Azərbaycandakı legioner

"Azərbaycanda virusla mübarizə üçün çox iş və səy göstərilir. Bu işdə iştirak edən hər kəsə minnətdaram. Allah onları və hamımızı qorusun"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin hücumçusu Riçard Qadze deyib.

Qanalı legioner ailəsindən uzaqda olmağına kədərləndiyini bildirib: "Qlobal bir pandemiya var, bütün dünya qarışıb. Ürəyimi kədərləndirir ki, bu an ailəmlə deyiləm. Bəzi çətinliklərlə insan həyatda üzləşməlidir.

Ölkəmdə də virusun payı var. Hər gün xəbərlərdə ancaq virus haqqında danışırlar. Bu virus hamımıza zərbə vurdu. Sevgisini itirənlərə başsağlığı verirəm və yoluxmuşlara güclü olmağı dua edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?