"Hər gün evimizlə danışıram, durum ürəkaçan deyil"

18 Mart 2020 20:40 Zirə 709
"Hər gün  evimizlə danışıram, durum ürəkaçan deyil"

"Vaxtımızın çox hissəsini evdə keçirir, tez-tez əllərimizi dezinfeksiya edici məhlullarla yuyuruq.

İnsanlarla ünsiyyətdə olmur, market və ya banklarda məsafə saxlayırıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında "Zirə"nin futbolçusu Adrian Skarlatake koronavirusa qarşı mübarizə üsulları barədə danışarkən deyib.

Rumıniyalı müdafiəçi bildirib ki, indiki məqamda ölkəsinə getməyi düşünmür: "Bu dəqiqə hava limanları ən təhlükəli yerlərdən biridir.

Ən yaxşısı, 2-3 həftə evdə qalmaqdır. Sonrasına baxarıq. Körpə uşağımız var. Buna görə də indi səyahət bizim üçün təhlükəli olar".

Tez-tez doğmaları ilə əlaqə saxladığını deyən 34 yaşlı oyunçu vətənində də vəziyyətin yaxşı olmadığını vurğulayıb: "Hər gün Rumıniyadakı evimizlə danışıram. Orada da durum ürəkaçan deyil.

Ruminiyada da uçuşlar dayandırılıb və sərhədlər bağlıdır. Bunu normal hesab edirəm. Ən azından vəziyyət bəzi ölkələrdəki kimi faciəvi deyil".

Azərbaycan Premyer Liqasının dayandırılmasına da münasibət bildirən Skarlatake bunun futbolçulara mənfi təsir göstərəcəyini söyləyib.

Lakin onun sözlərinə görə, hazırda daha önəmlisi sağlamlıqdır. Fərdi qaydada məşq edərək, formada qalmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti