"Neftçi"yə "gözlə, biz gəlirik" mesajı verdi

10 Mart 2020 20:35 Zirə 1 253
"Neftçi"yə "gözlə, biz gəlirik" mesajı verdi

"Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov Sportinfo.az-a müsahibə verib

- Uzun müddətdən sonra "Səbail"lə görüşdə qələbə qazandınız. Qələbə həsrəti niyə bu qədər uzun çəkdi?

- 4 oyun idi qələbə qazana bilmirdik. Burda çox amili qabartmaq olar. Cəzalı və zədəli oyunçularımız var idi. Bəzən bəxtimiz də gətirmirdi. Çox şukur "Səbail"lə oyunda qələbə qazandıq. Çalışıb uğurun davamını gətirməliyik

- Qış fasiləsindən sonra ilk görüşdə qələbə qazandınız. Sonra komandada nə dəyişdi ki, məğlubiyyətlər bir-birini əvəzlədi?

"Sabah"la oyunda itkisiz idik. Sonradan ciddi itkilərimiz oldu, bu da istər-istəməz oyunumuza təsir elədi. Bir az da bəxtimiz gətirmədi. uğursuz zolaqda idik. Futbolda olur bəzən belə şeylər. İndi əsas hədəfimiz olanları unudub qarşıdakı oyunlara köklənməkdir.

- Növbəti rəqib "Neftçi"di. Səncə, "Səbail"lə görüşdəki qələbənin davamını gətirmək çətin olmayacaq?

- "Neftçi"nin gücü hamıya bəllidi. Bizi çətin sınaq gözləyir. Bu oyunda var gücümüzü qoyub qələbə qazanmağa cəhd edəcəyik.

- "Zirə" ölkə kubokunda da çıxışını davam etdirir. Sizin üçün hansı cəbhədə mübarizə daha önəmlidir?

- Nəzərə almaq lazımdır ki, ölkə çempionatında sonuncu yerlə aramızda cəmi 4 xal fərq var. Ona görə də hər iki cəbhədə də sona kimi vuruşacağıq

- "Zirə"nin əsas heyət üzvüsən və komandanın ən stabil futbolçularındansan. Bu vəziyyətdə milli komandaya dəvət gözləyirsənmi?
[
- Bəli, milliyə dəvət gözləyirəm. Dəvət olmasa, daha çox çalışacam ki, yenidən dəvət ala bilim

- Milli komanda demişkən, baş məşqçi hələ də təyin olunmayıb. Səncə bu qədər gecikmə siz futbolçulara da uyğunlaşma baxımından sonra çətin olmayacaq?

- Bu, AFFA-nın öz qərarıdır. İstənilən baş məşqçi olmağına baxmayaraq biz futbolçular hamımız hazır olmalıyıq. Azərbaycan bayrağı üçün vuruşmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda