"Zirə" də ləğv etdi - FOTO

4 Mart 2020 00:42 Zirə 1 043
"Zirə" də ləğv etdi - FOTO

"Zirə" Futbol Akademiyası komandalarının martın 10-dək olan məşqləri koronavirus səbəbindən ləğv olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki. koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Yoluxma hallarının qarşısının alınması üçün müvafiq tədbirlərin effektivliyinin artırılması məqsədilə "Zirə” Futbol Akademiyası komandalarının martın 10-dək olan məşqləri ləğv olunub.

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"