Futbolsuz günləri başa çatan Balayev: "Zirə" maraqlı komandadır”

3 Mart 2020 17:58 Zirə 823
Futbolsuz günləri başa çatan Balayev: "Zirə" maraqlı komandadır”

“Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə” ilə mövsümün sonuna qədər müqavilə bağlayan Emil Balayev deyib.

Balayev əvvəlki klubu “Tobol”dan ötən ilin sonlarında ayrılıb. Bakı klubuna keçidini dəyərləndirən milli komandamızın qapıçısı bundan məmnunluq ifadə edib:

“Burada millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti