Biz Emili Avropada görürdük, o, özünü "Zirə"də tapdı

3 Mart 2020 16:34 Zirə 1 370
Biz Emili Avropada görürdük, o, özünü "Zirə"də tapdı

Azərbaycan millisinin qapıçısı Emil Balayev "Zirə" ilə müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı qolkiper mövsümün sonuna kimi qəsəbə təmsilçisində çıxış edəcək.

Emil Balayev son olaraq Qazaxıstanda "Tobol"un formasını geyinib. Onun "Bude-Qlimt"ə keçidiyə son anda alınmayıb.

Gənc "əlcək sahibi" 2 gün Norveç klubunun düşərgəsində qalsa da, tərəflər maliyyə şərtlərində anlaşa bilməyib. Skandinaviya klubu ona kifayət qədər az maaş – 3000 avro təklif edib ki, buna görə müqavilə bağlamağa dəyməyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!