"Zirə" nəyi bacarır? - FAKT

1 Mart 2020 13:20 Zirə 565
"Zirə" nəyi bacarır? - FAKT

Bu gün Azərbaycan Premyer Liqasında XIX turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Zirə” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. “Qartallar” tarixində 19-cu dəfə bu rəqiblə çempionat matçına çıxacaq.

İndiyədək komandalar Premyer Liqa çərçivəsində 18 oyunda görüşüb. 4 dəfə qalib gələn “Zirə” səkkiz qarşılaşmada 1 xal qazanıbsa, 6 dəfə uduzub.

Paytaxt təmsilçisi 15 qol vurduğu görüşlərdə 22 top buraxıb. Komandamızın bu matçlarda ən məhsuldar futbolçuları hərəyə 2 qol vuran Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriçdir. Digər 7 oyunçu hərəyə 1 dəfə fərqlənib.

“Zirə” 10-cu dəfə “Qəbələ”ni öz meydanında qəbul edəcək. “Qartallar” doğma azarkeşlər önündə daha çox – 3 qələbə qazanıb. 4 heç-heçəsi olan komandamız 2 dəfə məğlub olub. Evdə 9 qola imza atan futbolçularımız 11 dəfə topu öz qapılarında görüb.

“Zirə” son 6 ev matçında “Qəbələ”nin qapısından qol keçirməyi bacarıb. 2017-ci ildə keçirilən görüşlərin hərəsində iki dəfə rəqib qapısına yol tapan “qartallar” son iki ildəki 4 matçın hər birində bir dəfə fərqlənib.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

17.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:2
Aleksey Qay, 17 // Nelson Bonilya, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26; Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə - 1:0
Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Sergey Zenyov, 8 - Sezar Meza Kolli, 61

2017/18 mövsümü

09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə - 1:1
Cavid Hüseynov, 90+1-p. - Viktor İqbekoyi, 74

28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19-p.; Sadio Tounkara, 38 - Famussa Kone, 72

17.02.2018. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Stiven Monroz, 56; Baqali Dabo, 64 - Aleksandr Dedov, 39

08.04.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Milan Duriç, 53-p. - Stiven Monroz, 78

2018/19 mövsümü

05.10.2018. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Miloş Radivoyeviç, 86

02.12.2018. Premyer Liqa. Qəbələ - Zirə - 0:0

03.03.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
Fofana İsmael, 87 // Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)

19.04.2019. Premyer Liqa. Qəbələ - Zirə - 2:1
Davit Volkov, 20; Ceyms Adeniyi, 56 // Sadio Tounkara, 71

2019/20 mövsümü

06.10.2019. Premyer Liqa. Zirə - Qəbələ - 1:1
İlkin Muradov, 67 // Ülvi İsgəndərov, 65

30.11.2019. Qəbələ - Zirə - 3:0
Rövlan Muradov, 13; Fernan Lopez, 42; Davit Volkov, 70

Digər Xəbərlər
Xəbər Lenti