"Məğlubiyyəti gözləyirdik, çox göylərə qalxmaq lazım deyil"

8 Fevral 2020 19:56 Zirə 878
"Məğlubiyyəti gözləyirdik, çox göylərə qalxmaq lazım deyil"

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- “Sumqayıt”ın oynadığı futbol göstərir ki, Ayxan Abbasovun adı boş yerə milliyə namizəd göstərilmir. Bizi çox yaxşı təhlil etmişdilər. Məğlubiyyəti gözləyirdik. Yerində olan məğlubiyyət idi. Bu, göstərdi ki, çox göylərə qalxmaq lazım deyil. Transfer dövründə artıq bizi avrokuboklara namizəd göstərirdilər. Ancaq bu məğlubiyyət yerində oldu. Əsas oyunlar bundan sonra olacaq.

- Sumqayıta rəqib kimi gəlmək hansı hissləri yaratdı sizdə?

- Biz peşəkarıq. Düzdü, burda böyümüşəm. Ancaq çox oyuna gəlmişəm. Xüsusi hiss oyanmadı.

- Ağabala Ramazanovun qırmızı vərəqəsi haqda nə düşünürsüz?

- Təhlil edib, lazım olan qərarları verəcəyik. 9 nəfərlə qaldıqdan sonra sərgilənən oyun daha çox xoşuma gəldi. Uşaqlar uduzmamaq üçün mübarizə apardılar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu