"Zirə"nin Türkiyədəki bombardiri

17 Yanvar 2020 18:38 Zirə 789
"Zirə"nin Türkiyədəki bombardiri

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlıq çərçivəsində ikinci yoxlama oyununda Rumıniyanın “Sepsi” klubuna 2:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, bu, “qartallar”ın qonşu ölkədəki beynəlxalq sınaq matçlarında 12-ci qələbəsi olub.

28-ci belə görüşünə çıxan komandanın hesabında 5 heç-heçə və 11 məğlubiyyət də var. 38 qol vuran “Zirə” 28 top buraxıb. “Sepsi” ilə matçda hər iki qola Riçard Qadze imza atıb. Bununla da qanalı hücumçu “Zirə”nin beynəlxalq yoxlama görüşlərindəki vahid bombardiri olub.

2017-ci ilin yayında “Kolumbe Sportive” (Kamerun) üzərindəki 8:0 hesablı qələbəyə də dublla töhfə verən forvard ümumilikdə 4 dəfə fərqlənib. Qadze Türkiyədə xarici klublarla matçlarda hərəyə iki qol vuran Aleksandr Dedov, Kervens Belfort, Luiz Alberto Diez, Mirsahib Abbasov, Orxan Əliyev, Şafik Tiqruca, Təmkin Xəlilzadə və Vüsal İsgəndərlini arxada qoyub.

Digər 18 qola “qartallar”ın hərəyə 1 dəfə fərqlənən 17 futbolçusu və öz qapısını nişan alan rəqib vurub. Riçard “Zirə”nin Türkiyə toplanışlarında beynəlxalq matçda 3-cü dublunu rəsmiləşdirib. Bunlardan ikisi qanalının hesabındadır. Bir matçda iki qol vuran digər oyunçu Belfortdur ki, o da “Kolumbe Sportive”nin qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"