"Zirə"nin baş məşqçisi Cavid Hüseynovdan imtina etdi

22 Dekabr 2019 21:05 Zirə 1 739
"Zirə"nin baş məşqçisi Cavid Hüseynovdan imtina etdi

Dünən «Səbail»dən Ağabala Ramazanovu və «Qəbələ»dən Davit Volkovu heyətinə qatan «Zirə» sürpriz ayrılığa hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, Zaur Haşımov rəhbərliyə təqdim etdiyi «qara siyahı»ya Cavid Hüseynovun da adını salıb. Baş məşqçi kapitanın xidmətində maraqlı olmamasını bir neçə səbəblə əsaslandırıb.

Gənc mütəxəssis adıçəkilən yarımmüdafiəçinin oyun üslubuna uyğun gəlməməsini, aldığı maaşın komandada balansı pozmasını, intizamıyla bağlı problemlərin olmasını göstərib.

Mövsümlərarası fasilədə «Qəbələ»dən dəvət olunan Hüseynovun «Zirə»də qazancının 180-200 min manat civarında olmasını xatırladaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!