"Zirə" 2 yox, 3 legionerlə vidalaşır - HƏŞİMOV AÇIQLADI

20 Dekabr 2019 15:05 Zirə 1 031
"Zirə" 2 yox, 3 legionerlə vidalaşır - HƏŞİMOV AÇIQLADI

"Zirə" qış fasiləsində 3 legionerlə yolları ayırmaq istəyir.

Bu barədə Sportinfo.az-a açıqlamasında "Zirə"nin baş məşqçisi Zaur Həşimov məlumat verib. Çalışdırıcı "qara siyahı"da olanlardan yalnız Anastasios Papazoqlunun adını çəksə də, digər ikisinə də özlərinə klub tapmaq barədə məlumat verildiyini bildirib:

"Mən də istəyirəm ki, yeni futbolçular, yeni nəfəs olsun. Üç legionerlə yolları ayırmaq istəyirik. Ancaq mənim göndərmək istədiyim oyunçularla da danışıqlar olacaq. Çünki müqavilələri var. Xahiş ediblər ki, adımız hallanmasın, klub axtarırıq. Yalnız Papazoqlu ilə danışılıb, ona fikrimi demişəm. Digərlərinin isə adlarını açıqlamaq istəmirəm".

Bizdə olan məlumata görə, digər iki legioner isə haitili hücumçu Soni Norde və monteneqrolu qapıçı Boyan Zoqoviçdir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı