"Zirə"nin tarixinə düşən heç-heçə

16 Dekabr 2019 13:54 Zirə 1 142
"Zirə"nin tarixinə düşən heç-heçə

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Səbail”lə səfər qarşılaşması “Zirə”nin tarixinə 50-ci heç-heçə kimi düşüb.

Sportinfo.az xəbər verir ki, bunadək 183 matçda 49 dəfə sülhə imza atan “qartallar” yubiley bərabərliyinə nail olub. Bunlardan 40-ı Premyer Liqa, 6-sı Birinci divizion, 3-cü Azərbaycan kuboku, 1-i UEFA Avropa Liqasına təsadüf edib.

“ASCO Arena”da qeydə alınan 0:0 hesablı nəticə komandanın 26-cı səfər heç-heçəsidir. Digər 24 belə nəticə isə evdə qeydə alınıb.

“Zirə” 4 müxtəlif hesabla heç-heçə oynayıb. Komandanın oyunlarında 23 dəfə 1:1, 18 dəfə 0:0, 8 dəfə 2:2, 1 dəfə 3:3 hesabına təsadüf olunub.

Qeyd edək ki, “Zirə”nin tarixində ilk heç-heçə 2014-cü il sentyabrın 12-də baş tutub. Birinci divizionun “Neftçala” ilə səfər qarşılaşmasında hesab açılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda