"Zirə" onu da göndərir

15 Dekabr 2019 20:50 Zirə 1 148
"Zirə" onu da göndərir

«Zirə»nin baş məşqçisi Zaur Həşimov qış fasiləsində xidmətində maraqlı olmadığı daha bir futbolçunun adını rəhbərliyə təqdim edib.

Sportinfo.az-ın məlumatına görə, gənc çalışdırıcı yunanıstanlı Anastasios Papazoğlu və rumıniyalı Adrian Skarlatakedən sonra Soni Nordenin üstündən xətt çəkib.

Yayda Hindistandan böyük ümidlərlə gətirilən hücumçunun keyfiyyətləri Haşımovu razı salmayıb. "Zirə" ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan haitili legionerə gələn həftədən etibarən özünə yeni klub axtarması tapşırılıb.

30 yaşlı futbolçu bundan öncə “Boka Xuniors B” (Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” və “Mumbay Siti”də (hər ikisi Hindistan) çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti