"Zirə" rəhbərliyi onu yola salmağa hazırlaşır - Getmək istəmir

12 Dekabr 2019 20:51 Zirə 1 312
"Zirə" rəhbərliyi onu yola salmağa hazırlaşır - Getmək istəmir

"Zirə"də klubdaxili toplantı keçirilməsi və Cavid Hüseynovla Riçard Qadzenin "Səbail"lə görüşdə mübahisə etməsinə görə məşqçilər korpusu tərəfindən cəzalandırılmasından məlumatlısız.

Sportinfo.az-ın əldə etdiyi növbəti məlumata görə, baş məşqçi Zaur Həşimov rəhbərlik qarşısında Anastasios Papazoqlunun müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilməsinə dair məsələ qaldırıb.

Qəsəbə klubuna bu ilin iyulunda OFİ-dən gəlmiş yunanıstanlı mərkəz müdafiəçisi təkliflə qismən razılaşıb. Klubla müqaviləsi yayda başa çatacaq 31 yaşlı futbolçu 5 aylıq maaşının əvvəldən ödənilməsini istəyib.

Lakin "Zirə"dən yalnız 2 aylıq məvacibi ala biləcəyini eşidincə danışıqlar "dalana dirənib". Hacıyev Papazoqluya qalan oyunlarda ona ehtiyac duyulmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti