"Zirə"nin futbolçuları arasında QALMAQAL - CƏRİMƏLƏNDİLƏR

11 Dekabr 2019 20:50 Zirə 1 858
"Zirə"nin futbolçuları arasında QALMAQAL - CƏRİMƏLƏNDİLƏR

Premyer Liqanın 14-cü turunun "Səbail"lə qarşılaşmasının (4:1) gedişində "Zirə"nin futbolçuları arasında qalımaqal yaşanıb.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubunun kapitanı Cavid Hüseynovla Riçard Qadze meydanın ortasında "söz davası"na çıxıblar.

Gərginliyin yaranmasına səbəb qanalı forvardın ötürmə verməməsi olub. Komanda yoldaşına sərt şəkildə irad bildirən Hüseynov Qadzedən qarşılıq görüncə ara bir az da gərginləşib. Məşqçilər korpusu məsələyə klubdaxili toplantıda münasibət bildirib. Hər iki futbolçuya ciddi xəbərdarlıq edilib, onlara bildirilib ki, anoloji hal olarsa, əvəzedici heyətə göndəriləcəklər. Futbolçular eyni zamanda daxili kodeksə uyğun cəzalandırılıblar.

Digər Xəbərlər
Xəbər Lenti