Skarlatake 1 il gözlədi

10 Dekabr 2019 13:47 Zirə 1 234
Skarlatake 1 il gözlədi

"Zirə"nin rumıniyalı müdafiəçisi Adrian Skarlatake qəsəbə klubunda qol hesabını açıb.

Sportinfo.az xəbər verir ki, 2018-ci ilin sentyabrından bu komandada çıxış edən 33 yaşlı futbolçu ilk qolunu Premyer Liqanın 14-cü turu çərçivəsində "Səbail"ə vurub.

4:1 hesablı qələbəyə bir topla töhfə verən arxa xətt oyunçusu “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 40-cı futbolçu olub. Adrian “Qartallar”ın formasında 27-ci çempionat qarşılaşmasında fərqlənib. 2019-cu ilin son çempionat görüşədək 39 oyunçu bunu bacarmışdı. Skarlatake bu 40 futbolçunun yer aldığı siyahıda 22-ci legioneri və ilk rumıniyalı oyunçusudur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!