"Azərbaycan millisində oynamaq mənim üçün çox gecdir"

9 Dekabr 2019 11:22 Zirə 616
"Azərbaycan millisində oynamaq mənim üçün çox gecdir"

Premyer Liqanın 14-cü turunda "Səbail"ə 4:1 hesabı ilə qalib gələn "Zirə"nin müdafiəçisi Adrian Skarlatake müsahibə verib. Sportinfo.az xəbər verir ki, oyunda 1 qol vuran rumıniyalı qələbəni şərh edib:

- Çətin oyun idi. İlk hissədə çox yaxşı oynadıq. İkinci hissənin 20 dəqiqəsində çox pis oynadıq və “Səbail” bizə qol vurdu. Lakin futbolçulardan razıyam, yaxşı nəticə göstərdik.

- “Zirə”də uzun müddət oynasan da, ilk qolunu vurdun. Niyə bu qədər vaxt lazım oldu?

- İki mövsüm əvvəl 6-7 qol vurmuşdum. 1,5 ildir ki, çox qol vura bilmirəm. Əsas öz oyunumdur. “Qəbələ” ilə oyunumuzdan sonra bu gün meydanda xarakter göstərdik və nəticə qazana biləcəyimizi gördük.

- Qeyri-stabilliyinizin səbəbi nədir?

- Müdafiəçi kimi istəyirəm ki, qapımızda qol buraxmayaq. Bu gün “Səbail”lə 20 dəqiqə pis oynadıq və 1 qol buraxdıq. “Qəbələ” ilə qarşılaşmada isə bütün 90 dəqiqəni belə keçirdik və uduzduq. Həmişə belə oynasaq, problemlər olmayacaq.

- Bu qələbə “Zirə”nin kubokda “Səbail”i asan keçəcəyini göstərir?

- Çətin olacaq. “Səbail”in avrokuboklara yollanması üçün əsas ümidi kubokdur. Onlar üçün motivasiya olacaq. Özümüzə inanırıq. Belə oynasaq, problem olmayacaq.

- Uzun illərdir ölkəmizdə çıxış edirsən. Daha gənc yaşlarda olsaydın, Azərbaycan millisi üçün oynaya bilərdin?

- Artıq 33 yaşım var. Millidə oynamaq üçün gecdir. Yığmada 18, 19, 20 yaşlı yaxşı futbolçular var. Məncə, onlara daha çox şans vermək lazımdır, nəinki mənə. Suala görə isə çox sağ olun. Millidə məmnuniyyətlə oynayardım, amma gecdir.

Xəbər Lenti
28 Yanvar 19:50 "Mən bütün gücümü..."
28 Yanvar 14:50 Püşk atıldı
28 Yanvar 12:30 Stadnik millidən kənarda
28 Yanvar 12:15 "Gücümüz budur, liderik"
28 Yanvar 10:53 AFFA mükafat verdi
28 Yanvar 09:42 “Barselona”ya döndü
28 Yanvar 01:48 Bombardirlə anlaşdılar
28 Yanvar 00:10 25 milyona transfer etdi
27 Yanvar 17:45 Gürcülərə uduzdular