"O, necə tapşırırsa, elə də oynayırıq" - MÜSAHİBƏ

9 Dekabr 2019 09:24 Zirə 628
"O, necə tapşırırsa, elə də oynayırıq" - MÜSAHİBƏ

Premyer Liqanın 14-cü turunda "Səbail"ə 4:1 hesabı ilə qalib gələn "Zirə"nin müdafiəçisi Miloş Bakraç müsahibə verib. Sportinfo.az xəbər verir ki, 27 yaşlı monteneqrolu futbolçu qələbəni şərh edib:

- Yaxşı başladıq. Vacib olan erkən qol vurmaq idi və 5-ci dəqiqədə hesabı açdıq. Zaur Həşimovun nə planları var idisə, onu da yerinə yetirdik. Qələbəyə layiq olduq.

- “Səbail” 1 qol vurduqdan sonra fərqi azaltmaq üçün təzyiqi artırmışdı. 3 qol vurduqdan sonra arxayınlaşmışdınız?

- İkinci qoldan sonra bir az rahatlaşdıq. Üçüncü qoldan sonra özümüzü daha rahat hiss elədik. “Səbail” 1 qol vuranda bir çətinlik yaşadıq. Onlar 2-ci qolu da vura bilərdi, lakin biz sonda 4-cü topu vurduq.

- “Zirə” qış fasiləsinə 5-ci yerdə yollandı. Çıxışınızı necə dəyərləndirirsən?

- Kubokda “Səbail”lə hələ daha iki oyunumuz qalıb. Bu oyunlardan sonra danışacağıq. Zaur Həşimov artıq 2 aydır bizimlədir və inanırıq ki, qələbələr bizi gözləyir.

- “Səbail”i böyük hesabla məğlub etdiniz. Bu komandanı kubokda da rahat keçəcəyinizi düşünürsünüz?

- Hər oyun fərqlidir. Həmin iki oyuna bu görüşdəki kimi yanaşsaq, uda bilərik. Lakin hər oyuna fərqli yanaşırıq.

- Karyeranda qısa müddət ərzində eyni komanda ilə tez-tez qarşılaşmışdın?

- Xeyr.

- Maraqsız deyil?

- Biz peşəkarıq, işimiz budur. Püşkatmanın nəticəsi belə oldu. Meydana çıxmalı və oynamalıyıq.

- Papazoqlunu əsas heyətdən çıxardığını demək olar?

- Bunu ancaq Zaur Həşimov deyə bilər. O, necə tapşırırsa, elə də oynayırıq.

Digər Xəbərlər
Xəbər Lenti