14-cü böyükhesablı qələbə

5 Dekabr 2019 22:05 Zirə 734
14-cü böyükhesablı qələbə

Azərbaycan kubokunun 2019/2020-ci illər mövsümünə 1/8 final mərhələsindən başlayan “Zirə” “Qaradağ-Lökbatan”la ev oyununda 4:0 hesabı ilə qalib gəlməklə cari mövsümdə ilk böyükhesablı qələbəsini rəsmiləşdirdi.

Sportinfo.az xəbər verir ki, Zaur Həşimovun komandası bunadək sonuncu dəfə 3 və ya daha çox top fərqi ilə 2019-cu il mayın 11-də qalib gəlib.

Həmin gün “Sabah”la Premyer Liqadakı səfər görüşündə üç cavabsız qola seviniblər. Ümumilikdə isə “Qaradağ-Lökbatan”la matçdakı nəticə “Zirə”nin tarixində 14-cü böyükhesablı qələbədir. 8-ci dəfə evdə belə qalibiyyət əldə edən komanda 6 dəfə rəqib meydanlarında uğur qazanıb.

Premyer Liqa və Birinci divizionun hərəsində 6 böyükhesablı qələbəsi olan qəsəbə təmsilçisi Azərbaycan kubokunda ikinci dəfə belə nəticəyə imza atıb. İlk belə hadisə 2017/18 mövsümünün 1/8 finalında “Xəzər”lə görüşə təsadüf edib. 2017-ci il noyabrın 29-da keçirilniş oyun 3:0 hesabı ilə yekunlaşıb.

Bu dəfə qonaqların qapısından daha çox - 4 top keçirən “Zirə” Azərbaycan kubokunda özünün ən böyükhesablı qələbəsinə imza atıb. Ümumiyyətlə isə komandanın 14 belə uğurundan ikisi 6, biri 5, üçü 4, səkkizi 3 top fərqi ilə olub. Klub tarixinin ən böyükhesablı qələbələri 2014/15 mövsümündə birinci divizionda çıxış edən zaman “Energetik” və “Göyəzən”lə duellərdə qeydə alınıb - 6:0.

Xəbər Lenti