"Asan oyun yoxdur" - "Zirə"nin futbolçusu

3 Dekabr 2019 23:05 Zirə 1 297
"Asan oyun yoxdur" -

"Qəbələ"yə qarşı oyunumuz alınmadı və məğlub olduq. Əslində oyuna yaxşı başlamışdıq. Sadəcə, erkən qola görə toparlana bilmədik və uduzduq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

Premyer Liqanın 13-cü turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə məğlub olan "Zirə" ölkə kubokunun birinci turunda "Qaradağ Lökbatan"la qarşılaşacaq. Camalov həmin oyun və kubokdakı məqsədləri haqda bunu deyib:

"Öz səhvlərimizi analiz edib kubok oyununun hazırlıqlarına başlamışıq. Hər şey qaydasındadır. “Qaradağ Lökbatan” yaxşı komandadır, onsuz da asan oyun yoxdur. Onlara qarşı da oyunumuz asan keçməyəcək. İndidən kuboku qazanmaq haqda nəsə demək doğru deyil. Əlbəttə ki, kubokda mübarizə aparırıqsa, əsas məqsəd titulu qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"