Həşimovun kubok debütü

3 Dekabr 2019 14:55 Zirə 1 175
Həşimovun kubok debütü

Bu gün Azərbaycan kubokunda 2019/2020-ci illər mövsümünə start veriləcək.

Sportinfo.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayacaq “Zirə” sabah I divizion təmsilçisi “Qaradağ-Lokbatan”la üz-üzə gələcək.

Bu oyunla “Zirə” tarixində 6-cı dəfə kubok uğrunda mübarizəyə start verəcək. Azərbaycan kubokunda 2014-cü ildə debüt edən komanda 5 mövsüm bu turnirdə qüvvəsini sınayıb. Bir dəfə yarımfinala (2018/19), üç dəfə 1/4 finala (2015/16, 2016/17, 2017/18) qədər irəliləyən “Qartallar” 2014/15 mövsümünü 1/16 finalda başa vurub.

İlk kubok matçını 2014-cü il oktyabrın 22-də “Qaradağ-Lökbatan”a qarşı keçirən “Zirə” 0:1 hesabı ilə uduzub. Beş ildən sonra eyni rəqiblə görüş yubiley - 15-ci kubok matçı olacaq. Əvvəlki 14 oyunda 7 qələbə qazanan “Zirə” 2 heç-heçə edib və 5 dəfə uduzub.

Bu matçlardan 6-sı evdə, 8-i səfərdə baş tutub. 7-ci ev qarşılaşmasına çıxacaq komanda öz meydanında 3 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. Bu görüşlərdə top fərqi 9-8-dir.

Zaur Həşimov “Zirə”nin baş məşqçisi kimi ilk kubok matçına çıxacaq. Əvvəlki 14 oyunda Adil Şükürov 6, Samir Abasov 4, Ayxan Abbasov 3, Bəhram Şahquliyev 1 dəfə “sükan arxası”nda olub. Azərbaycan kubokunda “Zirə”nin formasını 69 futbolçu geyinib. Kamal Bayramov hamıdan çox – 12 oyuna çıxıb. Vüqar Mustafayevlə Vüsal İsgəndərlinin hesabına 9 matç var. “Qartallar”ın rəqib qapısından keçirdiyi 18 topa 13 oyunçu imza atıb. Nelson Bonilya hamıdan çox – 3, Vüsal İsgəndərli, Nurlan Novruzov, Adil Nağıyev və Pərdis Fərcad-Azad hərəyə 2 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"