Orxan Məmmədov "Zirə"liləri yenə təəccübləndirdi

27 Noyabr 2019 20:23 Zirə 903
Orxan Məmmədov "Zirə"liləri yenə təəccübləndirdi

"Zirə" 7 turdan sonra Premyer Liqada ilk qələbəsini qazandı. "Qartallar" doğma meydanda "Keşlə"ni 3:1 hesabıyla üstələdi.

Sportinfo.az-ın məlumatına görə, klubun fəxri prezidenti Orxan Məmmədov bu dəfə də futbolçuları təəccübləndirib. O, 1500 manat mükafat gözləyən oyunçuları 2000 manatla sevindirib.

Məmmədov baş məşqçi dəyişikliyindən sonra kollektivə dəstəyini bir qədər də artırıb. Komanda Zaur Həşimovun rəhbərliyi altında bunadək 2 heç-heçə edib və fəxri prezident hər futbolçuya üst-üstə 1800 manat mükafat verib.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"