"Neftçi"nin şinelindən çıxdı, "Zirə" ilə müqavilə bağladı

27 Noyabr 2019 12:41 Zirə 1 066
"Neftçi"nin şinelindən çıxdı, "Zirə" ilə müqavilə bağladı

«Zirə»nin yeni baş məşqçisi Zaur Həşimov ilk transferini edib. Sportinfo.az-ın məlumatına görə, qəsəbə təmsilçisi «Neftçi»nin yetirməsi Əli Şirinovu heyətinə qatıb.

1998-ci il təvəllüdlü müdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.

«Qartallar» Şirinovun adını yanvarda iştirak ərizəsinə salacaq. Yayda «Neftçi»nin əvəzedici heyətindən Latviyaya - «Dauqavpils»ə yollanan gənc futbolçu 2 ay öncə yenidən Azərbaycana qayıdıb və bir müddət «Səbail»də məşqlərə qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti