"Zirə" yeni baş məşqçisi ilə ilk qələbənin "dadına baxdı" - FOTOLAR

25 Noyabr 2019 00:42 Zirə 821
"Zirə" yeni baş məşqçisi ilə ilk qələbənin "dadına baxdı" - FOTOLAR

Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb. Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib.

35-ci dəqiqədə isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb. "Keşlə" təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.

İkinci hissədə isə qonaqlar azlıqda qalıb. 59-cu dəqiqədə Sezar Meza Kolli "Zirə"nin futbolçusuna bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Beləliklə, "Zirə" xallarını 14-ə yüksəldərək, 5-ci pilləyə yüksəlib. 19 xalı olan "Keşlə" isə 2-ci pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti