"Kimisə göndərmək barədə düşünmürəm" - Zaur Həşimov

24 Noyabr 2019 17:17 Zirə 1 199
"Kimisə göndərmək barədə düşünmürəm" - Zaur Həşimov

"Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük".

Sportinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin baş məşqçisi Zaur Həşimova məxsusdur. Azərbaycan Premyer Liqasının XII turunda “Keşlə”ni qəbul edən qəsəbə təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Həşimovun qalibiyyət şərhi belə olub: “Qollardan sonra da epizodlarımız oldu. Hesab məni qane edir. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq”.

- “Keşlə”də yığmadan qayıdanların vəziyyəti pis deyildi. Sizdə isə əksinə oldu. Fərq nədədir?
- Əslində, rəqibin heyətində Vüsal gözümə pis dəymədi. Biz Elvinlə Cavidə daha çox istirahət vermişdik. Bəlkə də, üstünlüyümüz bunda oldu.

- Birdən-birə sırf iki hücumçunu meydana buraxmaqla riskə getmişdiniz, yoxsa rəqibin üslubuna uyğun addım atmışdınız?
- Mfo yorğun idi, yığmadan qayıdıb. Amma yorğun olmasaydı belə, Xulio zədədən qayıdıb, yaxşı durumda idi. İstənilən halda iki hücumçu ilə oynayacaqdıq.

- Qış fasiləsində heyətdə dəyişiklik olacaqmı?
- Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm.

- Nicat Süleymanova “qardaş” deyə səslənirdiz. Bizdə baş məşqçilər adətən kobud ifadələr işlədirlər. Bu münasibət sizə mane olmayacaq?
- Kobudluq mənə xas xüsusiyyət deyil. Hərdən qardaş kimi danlayırıq, balans qurmağa çalışırıq.

- Çempionatda ilk qələbəniz idi. Bu, necə hissdi?
- Qələbə hər zaman sevindiricidi. Bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Uşaqlar göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil.

- Seçim olsaydı, hədiyyəni kimə verərdiniz?
- Skarlatake və Cavidə verərdim.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”