"Zirə"li oynadı, millisi Əlcəzairə məğlub oldu

19 Noyabr 2019 10:48 Zirə 1 091
"Zirə"li oynadı, millisi Əlcəzairə məğlub oldu

"Zirə"nin futbolçusu Mfo Kqasvane Botsvana yığmasının heyətində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, hücumçunun komandası Əlcəzairlə üz-üzə gəlib.

Qaboronedə baş tutan H qrupunun matçının nəticəsini 1 qol həll edib. Belə ki, Yusef Belailinin 15-ci dəqiqədə vurduğu top Əlcəzairə 1:0 hesablı qələbə qazandırıb. Görüşə ehtiyatdan başlayan Kqasvane 58-ci dəqiqədə meydana daxil olub.

Üç gün əvvəl qrupun ilk oyununda Zimbabve ilə qolsuz bərabərə qalan Botsvana hazırda 1 xalla 3-cü sırada yer alır.

Digər Xəbərlər
Xəbər Lenti