"Zirə"də yeni qadağalar, yeni qaydalar, yeni şikayət

18 Noyabr 2019 21:40 Zirə 985
"Zirə"də yeni qadağalar, yeni qaydalar, yeni şikayət

"Zirə"nin sükanı arxasında Samir Abasovu əvəzləyən Zaur Həşimov ilk ciddi narazılıqla üzləşib.

Sportinfo.az-ın məlumatına görə, yeni baş məşqçinin qəbul etdiyi qərarlar komanda üzvləri tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, o, gündəlik məşq proqramını tamamilə yeniləyib, taktiki çalışmalara az yer ayırmağa başlayıb. Fiziki hazırlığa daha çox diqqət yetirən Həşimov futbolçulara əlavə məşq etməyə də qadağa qoyub.

Baş məşqçi ondan icazəsiz fitneslə məşğul olanları cərimələyəcəyi ilə bağlı xəbərdarlıq edib. Futbolçular köməkçisi Azər Məmmədov vasitəsilə Zaur Həşimova narazılıqlarını çatdırsalar da, o, göstərişlərini yerinə yetirməyənlərə güzəştə getməyəcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti