Zaur Həşimov: "Limitə fikir verməmişdik"

16 Noyabr 2019 21:58 Zirə 904
Zaur Həşimov: "Limitə fikir verməmişdik"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Sumqayıt"la yoxlama oyunundan (0:0) sonra matçla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan mütəxəssis az oynayanlara şans yaratmaq üçün bu matçı keçirdiklərini söyləyib:

"Qarşılaşmanı keçirməkdə əsas məqsədimiz az meydana çıxan və zədədən qayıdan futbolçuların oyun praktikası qazanması idi. İstəyirdik ki, bir az oyunu, meydançanı hiss etsinlər. Hazır vəziyyətdə olan 10 futbolçumuz var idi, elə onlarla da meydana çıxdıq. Heç bir limitə fikir verməmişdik. Start heyətində 8 legioner çıxmışdı. Futbolçularda istədiyimizi görə bildik".

Digər Xəbərlər
Xəbər Lenti