"Zirə"nin hücumçusu dilinin bəlasına düşdü

11 Noyabr 2019 22:45 Zirə 1 107
"Zirə"nin hücumçusu dilinin bəlasına düşdü

"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov Xulio Sezar Rodrigesi cəzalandırıb.

Sportinfo.az-ın məlumatına görə, buna səbəb paraqvaylı hücumçunun mətbuata dediyi sözlərdir. Belə ki, cənubi amerikalı legioner "Sumqayıt"la 2:2 bitən matçdan sonra "Qışa qədər gözləmək, Samir Abasova vaxt vermək olardı" açıqlamasıyla gündəmə gəlib.

Futbolçunun rəhbərliyin işinə qarışması onun "Qarabağ"la ötən gün keçirilən oyunu kənardan izləməsiylə nəticələnib.

"Zirə" rəsmiləri paraqvaylının zədəyə görə iştirak ərizəsinə düşmədiyini söyləsələr də, bu, əsl məqsəddən yayınmaq mahiyyəti daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!