Qadze rekorda gedir

4 Noyabr 2019 15:25 Zirə 629
Qadze rekorda gedir

Riçard Qadze “Zirə”yə qayıtdıqdan sonra ilk qolunu vurub. Sportinfo.az xəbər verir ki, o qəsəbə klubunun Premyer Liqa tarixində ən çox qol vuran ikinci futbolçusu olub. Qanalı forvard "Zirə"də 11-ci qoluna imza atıb. “Sumqayıt”la görüşdə (2:2) fərqlənən hücumçu hesabında 10 top olan Xulio Sezar Rodrigesi arxada qoyub.

Riçard “Qartallar”ın çempionatdakı bombardirləri arasında yalnız Nelson Bonilladan geri qalır - 13 qol.

Qadze “Zirə”dəki son qolunu 2018-ci il mayın 12-də vurmuşdu. Həmin gün “Kəpəz”lə ev matçının (2:1) 42-ci dəqiqəsində fərqlənən forvard 540 gündən sonra “Qartallar”la qol sevinci yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti