Rumıniyadan "Zirə"yə görə gəlsələr də… - FOTO

4 Noyabr 2019 09:14 Zirə 988
Rumıniyadan "Zirə"yə görə gəlsələr də… - FOTO

Azərbaycan Premyer Liqasının X turunda keçirilən "Zirə" - "Sumqayıt" matçını (2:2) əcnəbi vətəndaşlar da izləyib. Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadiondakı görüşdə rumıniyalı fanatlar tribunada görünüb.

Onlar "Zirə"nin rumıniyalı müdafiəçisi Adrian Skarlatake üçün Zirəyə gəlib. Lakin o, həmyerlilərini sevindirə bilməyib. 27-ci dəqiqədə penaltiyə səbəbkar olan və sarı vərəqə alan legioner fasilədən sonra sıradan çıxıb. Məşqçilər korpusu 53-cü dəqiqədə Skarlatakenin əvəzində Miloş Bakraçı meydana buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti