"Zirə"nin həsrəti - FOTOLAR

4 Noyabr 2019 00:28 Zirə 566
"Zirə"nin həsrəti - FOTOLAR

Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, "Zirə" "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə bitib.

Görüşdə ilk qol üçüncü dəqiqədə vurulub. "Zirə"nin heyətində Mfo Kqasvane fərqlənib. Qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdirib. Peyman Babayi penalti zərbəsini dəqiq yerinə yetirib. "Sumqayıt" ilk hissənin sonlarında üstün oyun sərgiləsə də, hesabda önə keçə bilməyib. Birinci yarı bu hesabla yekunlaşıb.

58-ci dəqiqədə paytaxt təmsilçisinin yeni transferi Riçard Qadze "Zirə"ni yenidən hesabda önə keçirib. 82-ci dəqiqədə isə "Sumqayıt"dan Əmir Ağayev bərabərlik qolunun müəllifi olub. Bu nəticədən sonra "Zirə" 10-cu xalını qazanıb 6-cı yerdə qalıb. "Sumqayıt" isə 11 xalla 4-5-ci yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti