"Samir Abasovu qışa qədər saxlamaq olardı" - "Zirə"nin legioneri

3 Noyabr 2019 18:09 Zirə 829
"Samir Abasovu qışa qədər saxlamaq olardı" -

Premyer Liqanın 10-cu turunun "Sumqayıt"la görüşündən sonra Xulio Sezar Rodriges Sportinfo.az saytına müsahibə verib.

29 yaşlı mərkəz hücumçusu əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Heç bilmirəm nə deyim, necə başlayım danışmağa. Xüsusən ilk hissədə çox bərbad oynadıq. Topu uzun müddət özümüzdə saxlaya bilmirdik. Belə oyunu necə udmaq olar ki..?

- İkinci hissədə bir qədər özünüzə gəldiz. Fasilədə baş məşqçiniz nə dedi, nə dəyişdi?

- "Sabah"la oyunu müqayisə etsək, komandanın düzülüşündə fərq var idi. Bu gün 5 müdafiəçi ilə oynayırdıq. Buna görə bizdə bu gün orta xətdə problemlər yarandı. Nəticədə hücum qurmaq üçün "açar" ötürmələrimiz çox az oldu. Keçən tur daha yaxşı çıxış etmişdik.

- Rəqib komanda çoxlu qol fürsətlərini qaçırdı. "Sumqayıt"ın düşərgəsində olsaydın, bu imkanlardan yararlana bilərdin?

- (Gülür). Bilmirəm. Bunu bilmək üçün orda olmaq lazımdır. Mən hazırda "Zirə"dəyəm. Amma sualda haqlısız, demək olar ki, ilk hissədə rəqibə 3-4 qol fürsəti verdik, faydalana bilmədilər. Müəyyən epizodlar oldu ki, müdafiədən hücuma çıxmaqda çox çətinlik çəkdik. Düşünürəm ki, birinci hissədə bəxtimiz gətirdi.

- Qadze yeni gəlməsinə baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi: 2 qol ötürməsi verib, 1 qol vurub. Yəqin ki, onun transferinə ən az sevinən sənsən...

- Bununla bağlı çox rahatam, çünki 6 aya 11 qol vurmuşam. Əlbəttə, baş məşqçi bunu nəzərə almalıdır. Görək, mənə nə dərəcədə, nə qədər ehtiyac olacaq, zaman göstərəcək. Dekabra qədər gözləyəcəm.

- Komandada baş məşqçi dəyişikliyi oldu. Bu haqda nə deyə bilərsən?

- Baş məşqçi dəyişikliyi olanda bizim üçün də gözlənilməz alındı. Çünki Samir Abasov gedəndə yüksək yerlər uğrunda yarışan komandalarla bizim aramızda elə çox fərq yox idi. Buna baxmayaraq, hər şey baş verə bilər, futboldur. Əlbəttə, bu, rəhbərliyin qərarıdır. Amma səmimi cavab versəm, qışa qədər gözləmək olardı. İstənilən halda rəhbərliyin seçiminə hörmətlə yanaşıram.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!