"Problemlərimiz müdafiə xəttindədir" - "Zirə"nin baş məşqçisi

3 Noyabr 2019 17:27 Zirə 763
"Problemlərimiz müdafiə xəttindədir" -

"Yaxşı komandaya qarşı oynadıq. Onlar bizi orta xətdə üstələdilər. Bunun səbəblərini bilirik və üzərində çalışacağıq. Komandanın əsas problemi budur".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Premyer Liqanın 10-cu turunun "Sumqayıt"la qarşılaşmasından (2:2) sonra matçdan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Zaur Həşimov deyib.

38 yaşlı mütəxəssis görüş ərzində çox asan qollar buraxdıqlarını deyib: "Problemlərimiz müdafiə xəttindədir. Xal qazana bilmişiksə, deməli, bir xala layiqik".

Digər Xəbərlər
Xəbər Lenti