"Azərbaycan liqası Banqladeş və Hindistandan yaxşıdır" - Soni Norde

1 Noyabr 2019 19:07 Zirə 867
"Azərbaycan liqası Banqladeş və Hindistandan yaxşıdır" - Soni Norde

"Zirə"nin hücumçusu Soni Norde Sportinfo.az-a müsahibə verib:

- "Zirə"nin Premyer Liqadanın 10-cu turundakı rəqibi “Sumqayıt”dır. Görüşlə bağlı fikirlərini bilmək istərdik...
- Bizim üçün ağır oyun olacaq. Çünki rəqib də bu oyuna qalib gəlmək üçün çıxacaq. Onlar da qələbə üçün hər şeyi edəcək, biz də “Sumqayıt”a qalib gəlmək üçün oynayacağıq.

- Komandaya yeni baş məşqçi gəldi. Samir Abasovun gedişindən sonra "Zirə"də dəyişən nəsə var?
- Samir Abasov çox yaxşı məşqçidir. Onun oyun strategiyasını bəyənirdim. Amma planlaşdırdığın hər şey həyata keçməyə bilər. Yeni baş məşqçimiz də yaxşı məşqçidir. Biz özümüz də onun istədiklərinə tez bir zamanda öyrəşməliyik.

- Hazırda komandanız altıncı pillədədir. Avrokuboklara yollanmaq istəyən komandanı bu təbii ki, qane edə bilməz...
- "Zirə" sona qədər mübarizə aparmalıdır. Turnir cədvəlində yüksək pillələri tutmaq, ilk “üçlüy”ə düşmək üçün axıra kimi oynayacağıq. Biz oyunçular da bunu yaxşı başa düşürük.

- "Zirə”dən əvvəl sənə “Neftçi”dən də təklif gəlib. Qışda “Neftçi” bu təklifi təkrarlayarsa, ora keçidin baş tuta bilər?
- Mən hələ “Zirə”nin oyunçusuyam və burada özümü xoşbəxt hiss edirəm.

- Azərbaycan Premyer Liqasını əvvəllər oynadığın Banqladeş və Hindistan çempionatı ilə necə müqayisə edərdin?
- Azərbaycanda ailəmlə birlikdə biz hər şeyi bəyənirik. Azərbaycan çempionatı yaxşı oyunçuları olan səviyyəli liqadır.

- "Neftçi”də çıxış edən həmyerlin Donald Gerye ilə yəqin ki, tez-tez görüşürsən. Maraqlıdır, o, səni “Neftçi”yə keçməyə sövq etmir ki?
- Donald Geryenin “Neftçi”də uğur qazanmasını istəyirəm. Mən onu yaxşı tanıyıram, o, çox yaxşı futbolçudur.

Mir BAĞIR

Digər Xəbərlər
Xəbər Lenti