"Zirə" Zirədən niyə "qaçaq düşüb"?

31 Oktyabr 2019 22:25 Zirə 1 437
"Zirə" Zirədən niyə "qaçaq düşüb"?

"Zirə" bu gün Binəqədi rayonu ərazisində yerləşən "Biləcəri Futbol Mərkəzi" ilə vidalaşıb. Sportinfo.az-ın məlumatına görə, buna səbəb idman kompleksinin fəaliyyətini dayandırmasıdır.

Buna baxmayaraq "qartallar" məşqlərini yenə təmsil etdiyi qəsəbədən kənarda keçmək fikrindədir. Komanda Bakı Olimpiya Stadionu (BOS) ilə danışıqlar apararaq, gündəlik hazırlıq prosesini burada keçməklə bağlı razılıq əldə edib.

Bu da legionerlərə görədir. Məsələ ondadır ki, əcnəbi futbolçular yolun uzaqlığından şikayətlənərək, Zirədə məşq etmək istəmədiklərini klub rəhbərliyinin diqqətinə çatdırıb, rəhbərlik də bu xahişi nəzərə alıb.

Digər Xəbərlər
Xəbər Lenti