"Zirə" ilk baş məşqçisinə iş tapdı

28 Oktyabr 2019 19:07 Zirə 1 610
"Zirə" ilk baş məşqçisinə iş tapdı

"Zirə" rəhbərliyi komandanın ilk baş məşqçisi Bəhram Şahquliyevin işsiz qalmasına imkan verməyib. Sportinfo.az-ın məlumatına görə, MOİK-dən ayrılan mütəxəssis "qartallar"ın düşərgəsinə qayıdıb.

Qəsəbə təmsilçisinin 19 yaşlılardan ibarət komandası ona tapşırılıb. 2014-cü ilin yayında yaradılan "Zirə"ni Şahquliyev çalışdırıb.

O, 2015-ci ilin martına kimi bu işi görüb və "Şəmkir"lə evdəki qolsuz heç-heçədən sonra istefaya göndərilib. Bu müddətdə müxtəlif yerlərdə, həmçinin "Neftçi"də fəaliyyət göstərib - əvəzedici heyətin baş məşqçisi kimi.

Digər Xəbərlər
Xəbər Lenti