"Kiməsə mesaj göndərmək fikrim yoxdur" - SÜLEYMANOV

27 Oktyabr 2019 15:07 Zirə 1 256
"Kiməsə mesaj göndərmək fikrim yoxdur" - SÜLEYMANOV

Oyuna yaxşı hazırlaşmışdıq. Hər dəfə olduğu kimi, "Sabah"la matçda da meydana qələbə üçün çıxmışdıq" - bunu Sportinfo.az saytına açıqlamasında Premyer Liqanın 9-cu turunda dubl edərək komandasına 1 xal qazandıran "Zirə"nin yarımmüdafiəçisi Nicat Süleymanov deyib.

U-21 yığmamıza da dəvət alan futbolçu vurduğu qollardan çox, komandasına xeyir verdiyi üçün sevindiyini bildirib: "Görüşə özüm də ciddi köklənmişdim. Əlbəttə, 2 qol vurduğuma görə çox sevinirəm. Amma əsas komandamın xal qazanmasıdır. Yeni baş məşqçinin rəhbərliyi altında oynayırıq. Xal bizə çox vacib idi. Şükür ki, komandama köməyim dəydi".

Son 2 görüşdə U-21-ə dəvət almayan Süleymanov millinin baş məşqçisi Milan Obradoviçin seçiminə hörmətlə yanaşdığını vurğulayıb: "Kiməsə mesaj göndərmək fikrim yoxdur. Üzərimə düşəni etməyə çalışıram. Oyundan-oyuna artırmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti