Riçard Qadze: "Zirə"də hər şey dəyişib"

26 Oktyabr 2019 22:02 Zirə 758
Riçard Qadze: "Zirə"də hər şey dəyişib"

Riçard Qadze ölkəmizə ikinci gəlişindən sonra "Sabah"la oyunda debüt etdi. Sportinfo.az xəbər verir ki, qanalı hücumçu "Zirə"nin hər iki qol ötürməsinin müəllifi oldu:

- Əsas olan komandanın uğurudur, sonra fərdi göstəricilər gəlir. Yenidən öz doğma evimə qayıtmışam. Uzun müddətdir bunu gözləyirdim. Komandamızın və öz oyunumdan razı qaldım.

- Qayıtdıqdan sonra nə kimi dəyişiklərin şahidi olduz?

- Çox şeylərin dəyişdiyini gördüm. Demək olar ki, hər bir komandanın avrokuboklara vəsiqə qazanmaq şansı qalır. Klublar ilk "dördlüy"ə düşməyə çalışırlar. Bu da Azərbaycan çempionatı adına yaxşı göstəricidir.

- Bəs "Zirə"də nə dəyişib?

- Demək olar ki, hər şey dəyişib. Yerində qalan heç nə yoxdur. "Zirə"nin hazırkı vəziyyəti də yaxşıdır. Komandamla fəxr edirəm.

- Baş məşqçi deyirdi ki, Qadze hələ tam hazır deyil, ideal formasından uzaqdır. Amma bu gün meydana çıxdız və 2 qol ötürməsi verdiz. Hələ hazır deyilsiz, beləsiz?

- Baş məşqçimiz haqlıdır. Çünki 3 ay idi futboldan kənarda qalmışdım. Sadəcə, 2 həftə komanda ilə məşq etmişdim. Bilirsiniz, bu günkü yaxşı çıxışım nə ilə bağlıdır? İnsanın məqsədi olmalıdır. O bilməlidir ki, nə istəyir və bu yolda addımlayır. Məşqçi mənə etimad göstərdiyi üçün ona təşəkkür edirəm.

- "Voluntari"dən ayrılmaq səbəbiniz nə idi? Deyəsən, Rumıniya klubunda legionerlərə qarşı münasibət yaxşı deyildi?

- Təkcə oynayıb-oynamamağımla bağlı problem deyildi. Rumıniyaya giriş-çıxışımda viza ilə bağlı müəyyən çətinlik yaranmışdı. Biz qarşılıqlı razılıqla yollarımızı ayırdıq ki, hər kəs bundan razı qalsın.

- Rumıniya çempionatı Azərbaycan Premyer Liqasından çoxmu öndədir?

- Əslində elə də böyük fərq yoxdur. Sadəcə, orada komandaların sayı daha çoxdur.

- "Sabah" da keçmək variantınız var idi, amma alınmadı. Bu baxımdan oyun sizin üçün xüsusi əhəmiyyət kəsb edirdimi?

- Əslində "Sabah"la danışıqlar aparırdım. Sadəcə, özüm də bilmədən danışıqlar birdən-birə dayandı. Yəni, sadəcə danışıq olmuşdu, rəsmi heç nə.

Digər Xəbərlər
Xəbər Lenti