Qadze debüt edəcək

26 Oktyabr 2019 17:26 Zirə 664
Qadze debüt edəcək

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində "Sabah" öz meydanında "Zirə"ni qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, Riçard Qadze Azərbaycana ikinci dönüşündən sonra ilk dəfə meydana çıxacaq. Qonaqların baş məşqçisi Zaur Həşimov qanalı hücumçuya start heyətində şans verib, Xulio Sezar Rodriges isə ehtiyatda qalıb.

Qadze 2017/2018-ci illər mövsümündə "Zirə"nin heyətində 7 qol vurub. 25 yaşlı futbolçu sonra karyerasını Rumıniyanın "Voluntari" klubunda davam etdirib.

Digər Xəbərlər
Xəbər Lenti