Yeni baş məşqçidən SOS həyəcanı

24 Oktyabr 2019 19:30 Zirə 1 326
Yeni baş məşqçidən SOS həyəcanı

"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimov "Neftçi"yə 0:3 hesablı məğlubiyyətin hesabatını verib. Sportinfo.az-ın məlumatına görə, "qartallar"ın sükanı arxasında ilk oyununa çıxan mütəxəssis klub rəhbərliyi ilə görüşündə uğursuz startın səbəbini açıqlayıb.

O bildirib ki, yayda alınan futbolçuların əksəriyyəti qarşıya qoyulan tələblərə cavab vermir. Həşimov legioner seçimi zamanı hansı prinsiplərin əsas götürüldüyünü anlamağa çətinlik çəkdiyini deyib.

Diqqəti Samir Abasovun mövqelər üzrə yanlış transferlər etməsinə yönəldən çalışdırıcı bir neçə xətti gücləndirməyin yaddan çıxmasına yer ayırıb.

O, kollektiv daxilində münasibətlərin yaxşı olmadığını, yerli futbolçularla legionerlərin qaynayıb-qarışmadığını, bəzilərinin məşqlərə candərdi yanaşdığını vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti