Cavid Hüseynov: "Deməzdim ki, bu, ən pis oyunumuz idi"

20 Oktyabr 2019 20:36 Zirə 505
Cavid Hüseynov: "Deməzdim ki, bu, ən pis oyunumuz idi"

"Zirə"nin kapitanı Cavid Hüseynov "Neftçi" ilə oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- Yeni baş məşqçi Zaur Həşimovun debüt oyununda böyük hesabla uduzduz.

- Bugünə kimi oynadlığımız görüşlərdə hər kəs deyirdi ki, sanki istək, motivasiya çatışmır. "Neftçi" ilə matçda çalışırdıq ki, istəkli oynayaq, yəni, mübarizə aparaq. İlk hissədə məncə, bu hiss olunurdu. Sadəcə, asan qollar buraxdıq. Biz də əlimizə düşən şanslardan istifadə edə bilmədik və nəticədə bu cür acı məğlubiyyətlə üzləşdik.

- Şans demişkən, axı 90 dəqiqə ərzində çərçivə istiqamətinə heç bir təhlükəli zərbə endirmədiniz.

- Mən Nordeye ötürmə verdim, təkbətək çıxdı. Yadındadır həmin epizod?

- Amma qapıya zərbə olmadı həmin anda...

- Qapıya özü getmədi. Bu, məgər şans deyil? Tək Sonini demirəm, yaratdığımız qol vəziyyətlərindən danışıram. Amma bu epizodu qola çevirmək artlq futbolçuların özündən asılıdır. Mən də onun yerində ola bilərdim. İkinci hissə başlayan kimi topu irəli ötürdüm, sonra rəqib 4-5 ötürməyə gəlib qol vurdu. Bu da onların şansı idi, əllərinə düşdü istifadə etdilər. Çox asan, bəsit qollar buraxırıq. Çətin olacaq. İtirdiyimiz xallar bizə gələcəkdə baha başa gələ bilər. Mükafatçılar sırasına düşmək imkanımızı itirə bilərik. Amma hələ gec deyil. Kağız üzərində şanslarımız qalır.

- Razısan ki, bu gün "Zirə" mövsümün ən zəif oyununu göstərdi?

- Yox, razı deyiləm. 1:0-dan sonra 46-cı dəqiqədə 2-ci qolu buraxmasaydıq, başqa cür ola bilərdi. Deməzdim ki, bu, ən pis oyunumuz idi.

- Yeni baş məşqçinin gəlişi ilə komandada dəyişiklik hiss olunur, yoxsa hələ zamana ehtiyac var?

- Hər məşqçinin öz fikri var. Söhbət oyun taktikasından gedir. Zaur Həşimovla Samir Abasov komandanı tamamilə fərqli üslubda oynadırlar. Çalışacağıq ki, Zaur müəllimin dediklərinə əməl edək.

Elvin

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!