"Zirə"nin baş məşqçisi: "Hesab işimə mənfi təsir göstərməyəcək"

20 Oktyabr 2019 19:15 Zirə 606
"Zirə"nin baş məşqçisi: "Hesab işimə mənfi təsir göstərməyəcək"

Azərbaycan Premyer Liqasında VIII turun “Neftçi” – “Zirə” (3:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırdı. Qəsəbə klubunun çaılışdırıcısı əvvəlcə oyun barədə fikirlərini bildirdi:

- Oyun göz qabağındadır. “Neftçi” bizdən üstün idi və bu da nəticədə özünü göstərdi. İlk iki qolu uğursuz buraxdıq, bu da komandaya təsir etdi. “Neftçi” layiqli qələbə qazandı. Ancaq biz də təslim olmayacağıq. Vəziyyəti düzəltmək üçün çalışacağıq.

- Debüt oyununuzda böyük hesabla uduzduz. Bundan sonra komandanı motivasiya etmək çətin olmayacaq ki?
- Hesab işimə mənfi təsir göstərməyəcək. Əlimi aşağı salmayacam, əksinə, daha çox işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdır.

Digər Xəbərlər
Xəbər Lenti