Qadzenin maaşı bəlli oldu

15 Oktyabr 2019 21:23 Zirə 848
Qadzenin maaşı bəlli oldu

Riçard Qadzenin "Zirə"də alacağı əməkhaqqı məlum olub. Sportinfo.az-a daxil olan məlumata görə qəsəbə klubu qanalı hücumçuya cari mövsüm üçün 40 min dollar ödəyəcək. Gələn ilin yayında bu məbləğin bir qədər də artırılacağı gözlənilir.

"Zirə" azad agent statusu daşıyan 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlayıb. O, daha əvvəl – 2017-ci ilin yanvarından 2018-ci ilin iyununa kimi də bu komandada çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti