"Samir Abasovun gedişi sürpriz oldu"

15 Oktyabr 2019 17:53 Zirə 647
"Samir Abasovun gedişi sürpriz oldu"

"Zaur Həşimov yaxşı məşqçidir. Onu əvvəldən də tanıyırdım. Yəqin ki, bizə kömək olacaq. Ümid edirik ki, onunla birlikdə yaxşı başlayacağıq" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin müdafiəçisi Adrian Skarlatake deyib.

Paytaxt klubunun təcrübəli futbolçusu Samir Abasovun baş məşqçi postundan gedişi və növbəti turda qarşılaşacaqları “Neftçi” barədə danışıb: "Samir Abasovun gedişi sürpriz oldu. Hamı onun yaxşı məşqçi olduğunu bilir. Onun gedişinin komandamız üçün yaxşı və ya pis olduğunu bilmirəm. Oyunçularımız da meydanda komanda üçün əlindən gələni etməlidir.

“Neftçi”yə qarşı oyunumuz çox ağır olacaq. Çünki rəqibimiz yaxşı komandadır. Buna baxmayaraq, yaxşı nəticə qazanacağımıza inanırıq. Təəssüf ki, bir çox oyunçumuz zədəlidir. Bu da bizim üçün yaxşı deyil. İstənilən halda “Neftçi” ilə matçda qalib gəlmək şansımız var. Bəli, çətin olacaq, lakin istəkli olub, mübarizə aparsaq, şansımız var. Fərdi tərəfdən götürsək, “Neftçi”nin bir az üstünlüyü var. Amma dediyim kimi mübarizə sayəsində istədiyimiz nəticəni qazana bilərik”.

Skarlatake komandaya yenidən cəlb edilən Riçard Qadze haqda da fikirlərini söyləyib: “Riçard Rumıniyada yaxşı oynadı. Ümid edirəm ki, bizə kömək edər. Hər şey özündən asılıdır. Qarşıdakı oyunlarda görəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti