Zaur Həşimov: "Vaxta ehtiyacımız var"

12 Oktyabr 2019 20:40 Zirə 1 014
Zaur Həşimov: "Vaxta ehtiyacımız var"

"Qəbələ" - "Zirə" (2:1) yoxlama görüşündən sonra qəsəbə klubunun baş məşqçisi Zaur Həşimov küləkli havanın hər iki komandanın oyununa mane olduğunu deyib. Sportinfo.az "Zirə"nin "facebook" səhifəsinə istinadən xəbər verir ki, o, nəticəni normal qarşılayıb:

"Cəmi iki məşqə çıxmışıq, ilk oyunumuz idi. Heç taktiki məşqimiz də olmayıb ki, istədiklərimizi futbolçulara aşılaya bilək. Ona görə də qeydə alınan hesabı normal qarşılayıram. Bəzi dəyişiklikləri həyata keçirmək üçün vaxta ehtiyacımız var. Daha əvvəl komandada iki zədəli futbolçu var idi, "Qəbələ" ilə Premyer Liqa oyununda daha üç futbolçumuz zədələnib, bu da komandaya öz təsirini göstərir".

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!