"Zirə"nin baş məşqçisi "yox" cavabı aldı

12 Oktyabr 2019 18:52 Zirə 1 264
"Zirə"nin baş məşqçisi "yox" cavabı aldı

"Zirə"nin yeni baş məşqçisi Zaur Həşimovun köməkçiləri hələ də müəyyənləşməyib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis iki məşqçiyə təklif göndərsə də, onlardan "yox" cavabı alıb. Həşimovun dəvətini geri çevirənlərdən biri "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Azər Məmmədov, digəri isə "Sabah"ın əsas komandasında məşqçi işləyən Aleksandr Qrossdur. Hər iki mütəxəssis hazırda çalışdıqları klublardan ayrılmaq istəmədikləri üçün "Zirə"nin çalışdırıcısının təklifini qəbul etməyib.

Qeyd edək ki, həm Məmmədov, həm də Qross U-18 yığmamızda Həşimovun köməkçiləri olub.

Digər Xəbərlər
Xəbər Lenti