Samir Abasov söz verib: "Zirə" haqqında mənfi fikir səsləndirməyəcək

12 Oktyabr 2019 22:10 Zirə 891
Samir Abasov söz verib: "Zirə" haqqında mənfi fikir səsləndirməyəcək

Ötən ilin avqustunda "Zirə"nin baş məşqçisi təyin olunan Samir Abasovun müqaviləsinə xitam verildi. Komandanın Premyer Liqanın ilk dövrəsində zəif çıxışı onun istefasına səbəb oldu və yerinə Zaur Həşimov təyinat aldı.

Abasovun sözləşməsi birtərəfli qaydada pozulub. Bununla belə, o, təzminat almayacaq. Sabiq "Sumqayıt"lı ona çatacaq puldan imtina edib. Samir bəyin iş yerini itirməsiylə bağlı təfərrüatlar indi üzə çıxır.

Sportinfo.az-a daxil olan məlumata görə, baş məşqçi vəzifəsindən kənarlaşdırılmazdan əvvəl klubun fəxri prezidenti Orxan Məmmədovun qəbulunda olub. Məmmədov təkcə futbolçuların builki ödəmələrinə 2 milyon manat ayrıldığını bildirib. Eyni zamanda büdcəni heç vaxt olmadığı qədər - 4,5 milyon manatadək artırıb.

O, Abasovdan uğursuzluğun səbəblərini soruşub. Ayda 8000 manat maaş alan (indiyədək "Zirə"də çalışan mütəxəssislər arasında ən yüksək əməkhaqqı) Samir bəy ona ünvanlanan sualların heç birinə tutarlı cavab verməyib. Yalnız etiraf edib ki, yayda etdiyi transferlərdə yanlışları olub. Çalışdırıcı istədiyi legionerləri Azərbaycana gətirə bilmədiyini, bu üzdən, üçüncü-dördüncü dərəcəli variantları dəyərləndirdiyini vurğulayıb.

Onu da deyib ki, aldığı yerli və əcnəbi futbolçular ümidləri doğrultmadı.

Abasov bununla belə, komanda üzvləriylə dil tapmaqda problem yaşamadığını iddia edib. Habelə söz verib ki, bundan sonra mətbuata açıqlamalarında heç vaxt "Zirə"yə dair mənfi fikir səsləndirməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti