"Açıqlaya bilməyəcəyim səbəblərə görə "Sabah"la danışıqları dayandırdıq" - MÜSAHİBƏ

11 Oktyabr 2019 23:37 Zirə 893
"Açıqlaya bilməyəcəyim səbəblərə görə "Sabah"la danışıqları dayandırdıq" - MÜSAHİBƏ

"Zirə"nin yenidən heyətinə cəlb etdiyi qanalı forvard Riçard Qadze Sportinfo.az saytına müsahibə verib:

- Yeniden “Zirə”yə qayıtdın. Təəssüratını bilmək istəyərdim...
- "Zirə"yə qayıtdığıma görə xoşbəxtəm. İnanın, bura mənim evim kimidir. Komanda üçün əlimdən gələni etməyə çalışacam.

- Azərbaycandan ayrıldıqdan sonra karyeranın yaxşı alınmadığını demək olar? Nəyə görə Rumıniyada tramplini uğurlu keçə bilmədin?
- Rumıniyada çox yaxşı mövsüm keçirdim. Amma viza məsələlərinə görə təxminən 20 oyunu buraxmalı oldum. Ancaq mən hər şeyə rəğmən işimi davam etdirdim və komandada ikinci ən çox qol vuran futbolçu kimi mövsümü tamamladım. Viza məsələsi problemi olduğuna görə isə geri qayıtmadım.

- "Zirə"yə gəlməmişdən əvvəl adın "Sabah"la hallanırdı. Nəyə görə həmin komandaya keçəsi olmadın?
- Bəli, digər klublardan da təkliflər almışdım. "Sabah"la danışıqlar gedirdi. Amma açıqlaya bilməyəcəyim səbəblərə görə "Sabah"la danışıqları dayandırdıq.

- "Zirə"nin heyətində avrokuboklarda çıxış etmisən. Səncə, qarşıdakı mövsüm üçün yenidən komandan avrokuboklara vəsiqə qazana biləcək?
- Avrokuboklarda çıxışımız mənim ən yaxşı xatirələrimdədir. Biz həmin şansı qazanmışdıq. Özü də elə də çox olmayan xallarımızla mümkün olmuşdu.
- Baş məşqçinin gəlişilə sənin də gəlməyin bir oldu. Bu təsadüf komandaya necə təsir göstərəcək?
- Bəli, hazırda yeni baş məşqçimiz var. Biz futbolçular da birlikdə gərgin çalışıb gələcəyə baxmalıyıq.

- “Zirə”də oynadığın vaxtlarda komandanın liderinə çevrilə bilmişdin. Bu dəfə də lider ola biləcəksən?
- Bura keçmişindəki uğurla yaşayan Riçard kimi gəlməmişəm. Mən yeni futbolçu kimi “Zirə”nin gücünə güc qatmaq üçün buradayam.

- Azərbaycan çempionatını izləyirdin? Səncə, Premyer Liqada nəsə dəyişib?
- “Zirə”nin matçlarını izləyirdim. Hazırda klublar arasında rəqabət güclüdür. Bütün klublar avrokuboklar uğrunda mübarizə aparır. Bu da Azərbaycan futbolu adına yaxşı haldır. Ümid edirəm ki, rəqabət belə də davam edər.

- "Qarabağ" ilk dövrədə maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edir. Burada oynadığın vaxtlarda da belə idi, indi də. Demək olar ki, dəyişməyən məsələlərdən biri budur?
- “Qarabağ”ın rekordlarını nəzərə alsaq, çox güclü kollektivə malik olduqlarını söyləmək olar. Bu da onları Premyer Liqanın ən yaxşısı edir. Onların turnir cədvəlinin ilk pilləsində olması heç də təəccüb doğurmur. “Qarabağ” buna layiqdir. Gördüyüm ən böyük dəyişiklik isə altı klubun eyni vaxtda çempionatı mümkün qədər yüksək pillələrdə tamamlayaraq, avrokuboklara getmək yolunda etdikləri cəhdlərdir.

Xəbər Lenti