"Bakıda həyat keyfiyyəti çox yaxşıdır" - "Zirə"nin legioneri

11 Oktyabr 2019 22:22 Zirə 452
"Bakıda həyat keyfiyyəti çox yaxşıdır" -

"Zirə"nin futbolçusu Anastasios Papazoqlu Azərbaycandakı karyerası haqqında danışıb. Sportinfo.az gazzetta.gr-ya istinadən xəbər verir ki, yunanıstanlı futbolçu ölkəmizlə bağlı təəssüratlarının yaxşı olduğunu deyib:

"Azərbaycana gəlməsəniz, burada nə baş verdiyini başa düşə bilmərsiniz. Bir həqiqəti deyim ki, bura ilə bağlı ağlımda tamam başqa fikirlər var idi, indi hamısı dəyişib".

31 yaşlı müdafiəçi Bakının gözəl şəhər olduğunu söyləyib: "Burada olduğum üçün şanslıyam. Həyat keyfiyyəti çox yaxşıdır. Hər yerdə inkişaf var. Belə davam edərsə, 4-5 il sonra Bakının Dubaya çeviriləcəyini düşünürəm".

Papazoqlu Azərbaycanda özünü rahat hiss etdiyini bildirib: "İnsanlar hər gün mənə hər şeydə kömək edirlər. Deyə bilərəm ki, asanlıqla uyğunlaşdım. Çox gözəl insanları var".

Papazoqlu Azərbaycan çempionatının səviyyəsi barədə verilən sualı belə cavablandırıb: "Bura Yunanıstandan fərqlidir. Ancaq səviyyə daim yüksəlir. Yunanıstanda zəif olan təşkilatçılıq burada yaxşıdır. Hədəfim komandanın çempionatı ilk "dördlük"də başa vurmasına kömək etməkdir. Buna görə "Zirə"yə gəldim. Avropada çıxış etmək istəyirik. Komandanın və mənim məqsədim budur".

Müdafiəçi "Yunanıstana qayıtmağı düşünürsünüzmü" sualına belə cavab verib: "Hazırda belə düşünmürəm. Bu, mənim planlarıma daxil deyil. Ancaq heç vaxt gələcəkdə nələrin baş verə biləcəyini bilmirsən".

Anastasios Papazoqlu bu ilin yayında "Zirə" ilə bir illik müqavilə imzalayıb. O, karyerası ərzində Kiprin APOEL və ölkəsinin "Olimpiakos" klubunun da formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"